İntellektual Mülkiyyət

intellektual fəaliyyət nəticələrinə, müəlliflik və ixtira hüququ obyektinə daxil olan intellektual məhsula mülkiyyət.
İntellektual Məhsul
İntensivləşmə
OBASTAN VİKİ
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.
İntellektual
İntellektual (latınca intellegere – dərk etmək, latınca ‘inter’ arasında və ‘legere’ seçmək sözlərindən) ümumilikdə elm və ya incəsənət sahəsində təhsil almış şəxslərə deyilir. Çox vaxt bu anlayış ali təhsillilərə sinonim kimi də işlədilir. Əsasən, Qərbdə geniş yayılmışdır. Keçmiş Sovetlər ölkəsində isə bunun əvəzinə ziyalılar daha çox işlədilir. Sosioloqlar üçün intellektuallar öz yazı və danışıq qabiliyyəti ilə onların məsğul olduğu kompitentlik sahəsindən kənara çıxaraq ictimai məsələlər haqqında bəzi hallarda tənqidi danışan şəxslərdir. Onların uğuru yaşadıqları cəmiyyətin göstəricilərinə əsaslanaraq özünü təsdiqləndirmək qabiliyyəti ilə bağlı olur. İntellektualın Teodor Qeiqer (Theodor Geiger) tərəfindən verilmiş başqa tərifinə əsasən: Buraya o şəxslər aiddirlər ki, onlar öz peşə kompetensiyaları ilə dini, estetik və ya elmi həyat anlamlarını qabağa çəkir və ya rasional həyat tərzi üçün nəzəri əsaslar yaradırlar. Ziyalı şəxs o vaxt intellektuala çevrilir ki, o öz fəaliyyət sahəsindən kənara çıxaraq hər hansı bir məsələ haqqında ictimai şəkildə çıxış etsin. Ali təhsilli və intellektual anlayışlarının bir-brinə sinonim işlədilməsi heç də həmişə düzgün deyildir. Ona görə ki, intellektə sahib olan şəxs cəmiyyətdə daha yüksək dəyərləndirilir.
Mülkiyyət
Mülkiyyət — münasibətlər sistemi, bütün iqtisadi sistemlərin əsası. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir. İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət – istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. Mülkiyyət real məzmuna malik olan iqtisadi kateqoriyadır. O, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir. Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur.
İntellektual tarix
İntellektual tarix — ziyalıların tarixi, yəni müxtəlif ideyalar yaradan, müzakirə edən, təbliğ edən insanların tarixi. Saf fəlsəfə tarixindən (müvafiq olaraq: elm, ədəbiyyat və s.) və onun sıx bağlı olduğu ideyalar tarixindən fərqli olaraq, intellektual tarix ideyaları öz daşıyıcılarının mədəniyyəti, tərcümeyi-halı, sosial-mədəni mühiti vasitəsilə öyrənir. Amerika tarixşünaslığında intellektual tarix bu anlayışın iki kateqoriyası kimi başa düşülür. Birincisi XX əsrin əvvəllərində Ceyms Harvi Robinsonun "Yeni Tarix" adlanan əsəri ilə birlikdə yaranıb və xüsusi tədqiqat sahəsi kimi artıq Perri Millerin adı ilə bağlıdır. Bu konsepsiyanın başqa bir kateqoriyası A. O. Lovcoyun təklif etdiyi tərifə aiddir. O, artıq öz tədqiqat obyektinə, onun öyrənilməsi üzrə fəaliyyət planına, öz metodologiyasına və "öz institusional məkanına — "Journal of the History of Ideas" — yə malik olan subyektə istinad edir. 1940-cı ildə Lovejoy tərəfindən əsası qoyulmuş İdeyaların Tarixi jurnalı (Journal for the History of Ideas). Avropada heç bir tərif geniş yayılmayıb. Almaniyada, bir qayda olaraq, Geistesgeschich tetermini əsasən istifadə olunur. İtaliyada storia intellettuale termini belə yaranmayıb, Delio Cantimori də əsərlərində bundan istifadə etməyib.
İntellektual terminal
İntellektual terminal (ing. intelligent terminal; rus. интеллектуальный терминал; türk. programlanır uçbirimi) – öz yaddaşı, prosessoru, proqramlaşdırılan avadanlıqları olan və əsas prosessordan asılı olmadan müəyyən funksiyaları yerinə yetirə bilən terminal. Fərdi kompüter terminal emulyasiyası vasitələrindən və ya kommunikasiya proqram təminatından istifadə etdikdə onu intellektual terminal hesab etmək olar. Ancaq, adətən, intellektual terminallar daxil edilən verilənləri yalnız ekrana və ya printerə yönəldə bilir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
İntellektual kapital
İntellektual kapital — mənfəəti və digər iqtisadi və texniki nəticələri maksimuma çatdırmaq üçün məhsuldar şəkildə istifadə olunan xüsusi şəxslərin və qeyri-maddi aktivlərin, o cümlədən patentlər, məlumat bazaları, proqram təminatı, ticarət nişanları və s. bilik, bacarıq və istehsal təcrübəsi. İqtisadi sistemin məhsuldar qüvvələrinin artırılması yollarının müxtəlif kombinasiyası onun strukturunu və inkişaf dinamikasını müəyyən edir. K.Marksın tərifinə görə, 22 “İqtisadi dövrlər nəyin istehsal olunduğuna görə deyil, onun necə, hansı əmək vasitəsi ilə istehsalına görə fərqlənir”. Bu baxımdan ayrı-ayrı resurslar növlərinin əhəmiyyəti sənayedən əvvəlki texnologiyadan sənayeyə, ondan isə sənayedən sonrakı texnologiyaya keçidlə dəyişir. Sənayedən əvvəlki cəmiyyətdə prioritet təbii və əmək ehtiyatlarına, sənaye cəmiyyətində - maddi ehtiyatlara, postindustrial cəmiyyətdə - intellektual və informasiya resurslarına aid idi. Hazırda mərkəzdə informasiya texnologiyaları ilə texnoloji inqilab cəmiyyətin maddi əsaslarını yenidən formalaşdırır. Yeni informasiya iqtisadiyyatında, biliklərə əsaslanan iqtisadiyyatda məhsuldarlığın mənbəyi biliklərin yaradılması texnologiyasındadır. “İnformasiya iqtisadiyyatı” anlayışı (informasiya cəmiyyəti kimi) 1960-cı illərin əvvəllərində elmi dövriyyəyə daxil edilmişdir. Qərb dünyasında inkişaf etmiş reallıqla bağlı olaraq əslində ümumi qəbul edilib.
Mülkiyyət hüququ
Mülkiyyət hüququ — iqtisadi agentin müəyyən bir qadağan olunmamış və / və ya icazə verilən qərarlar sinifindən bir mal və ya bir qaynaq ilə əlaqədar qərar qəbul etmək hüququ. Qanuni olaraq mülkiyyət həm də bəzi mənbələrə və ya mallara sahib olmaq, istifadə etmək və sərəncam vermək qabiliyyəti kimi qəbul edilir. Mülkiyyət, istifadə və sərəncam mülkiyyətçinin ayrı-ayrı səlahiyyətləridir, bunlar birlikdə mülkiyyət hüququnun məzmununu təşkil edir . Mülkiyyət hüquqları həm hüquq elminin, həm də iqtisadiyyatın tədqiqat obyektidir, lakin mülkiyyətin iqtisadi tərifi həmişə qanuni ilə üst-üstə düşmür. Hüquq obyektinə ümumiyyətlə mülkiyyət deyilir. Konvensiyaya görə əmlak termininə aid şərtlər Daşınmaz və daşınar əmlaka aiddir Mövcud əmlaka tətbiq edilir Maddi fayda verən və fiziki əmlak olmayan aktivlərə tətbiq edilir Mal və ya qaynaq heç kimin (sahibsiz) ola bilməz. Sahibsiz bir şey, sahibi olmayan və ya sahibi məlum olmayan bir şeydir və ya qanunlarda başqa bir hal nəzərdə tutulmayıbsa, mülkiyyətçi sahiblik hüququndan imtina etmişdir. Sahibsiz daşınar əşyaların mülkiyyəti, əldə edən resept sayəsində əldə edilə bilər, həmçinin aşağıdakı mülkiyyət rejimi mövcuddur. Sahibinin dəqiq müəyyənləşdirildiyi, fərdi və ya institusional olduğu xüsusi mülkiyyət. Nümunə bir nəfərə məxsus bir mənzil ola bilər.
Mülkiyyət toxunulmazlığı
Mülkiyyət toxunulmazlığı prinsipinə əsasən, heç kəs qanunda və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarilə şəxsin mülkiyyət hüququnun tanınması və qorunması kimi müəyyən etmişdir. Eyni zamanda "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət insanın əşyaya münasibətini ifadə edir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur.
Xüsusi mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
İcarə (mülkiyyət)
İcarə (lat. arrendare — icarəyə vermək) — mülkiyyətin müəyyən məbləğə müvəqqəti olaraq başqasının idarəçiliyinə verilməsi. Honkonqun Kozvey Bey küçəsi dünyanın ən bahalı icarə küçəsidir. Cushman & Wakefield şirkətinin tədqiqatlarına görə bu küçədə 2012-ci ilin birinci yarısında bir kvadrat metrə icarə haqqı 22 307 avro təşkil edib.
İctimai mülkiyyət
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Şəxsi mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Əqli mülkiyyət
Əqli mülkiyyət – qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsulların, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqdur. Əqli mülkiyyət hüquqları – müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar. Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Özəl mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Ümumi mülkiyyət
Ümumi mülkiyyət — əmlakın ayrı-ayrı şəxslərin və ya təşkilatın üzvlərinin adına deyil, bölünməz şəkildə təşkilatın, müəssisənin, iki və ya daha çox şəxsin və ya icmanın istifadəsində, sahibliyində və sərəncamında olması ilə səciyyələnən mülkiyyət forması.
İntellektual veilənlər bazası
İntellektual verilənlər bazası
İntellektual veilənlər bazası (ing. intelligent database, rus. интеллектуальная база данных, türk. akıllı veritabanı) – sərbəst müəyyən olunmuş və birmənalı olmayan termin; adətən, informasiyanı məntiqi, təbii və əlverişli üsullarla emal edən verilənlər bazalarının idarəolunması sistemlərini təsvir etmək üçün istifadə olunur. Bundan başqa, intellektual verilənlər bazasında axtarış təkcə ənənəvi üsullarla deyil, həm də qabaqcadan göstərilmiş qaydaların, əlaqələrin və hətta verilənlərin təhlilinin köməyilə aparılır. İntellektual verilənlər bazalarına ekspert sistemləri, hipermedia və hipermətn sistemləri, eləcə də informasiyanın interaktiv seçilməsi vasitələri aiddir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) — Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən, 2022-ci il fevral ayının 7-nə qədər BNA tərkibində, həmin tarixdən Daxili İşlər Nazirliyinin tabeliyinə verilən qurum. Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; 2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur. 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.
Nəqliyyatın intellektual idarəetmə sistemləri
Nəqliyyatın intellektual idarəetmə sistemləri (İNS ing. Intelligent transportation system) — yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Getdikcə meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; İNS istifadə olunan texnologiyalarla fərqlənir: sadə avtomobil naviqasiya sistemləri, işıqforun idarəedilməsi, yük idarəetmə sistemləri, müxtəlif siqnal sistemləri (məlumat lövhələri daxil olmaqla), nömrə tanıma sistemləri və nəqliyyat vasitələrinin sürət qeydiyyatı sistemləri, video nəzarət sistemləri, həmçinin digər sistemlər, parklama idarəetməsi və məlumat sistemləri (PGI) sistemləri, hava xidmətləri, körpü açma sistemləri və digərləri kimi müxtəlif mənbələrdən məlumat və rəylərini özündə birləşdirir. Bundan əlavə, İNS, modelləşdirmə və əvvəllər yığılmış məlumatlara əsaslanan proqnozlaşdırma texnologiyalarından istifadə edə bilər.
Xəmsə Milli İntellektual Oyunu
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Torpaq fondunun mülkiyyət növləri
Ümümdünya Əqli Mülkiyyət Təşkilatı
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra "əqli mülkiyyət hüquqları") sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək; əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı dövlət tənzimlənməsini həyata keçirimək əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək; əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək; əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müasir elmi-texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri müntəzəm şəkildə təkmilləşdirmək və bu istiqamətdə müvafiq tədbirlər görmək; rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək; əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək; əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək; tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək; öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığı təmin etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Agentliyin strukturuna rəhbərlik, Müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı və əmlak hüquqları, iqtisadiyyat və maliyyə, ümumi işlər sahələri üzrə şöbə və sektorlar daxildir. Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya fəaliyyət göstərir. Kollegiya öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir. Əqli mülkiyyət sahəsində elmi-texniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdən və alimlərdən ibarət Elmi-metodik Şura fəaliyyət göstərir.
Azərbaycanda təşkil edilən intellektual yarışların siyahısı
Aşağıdakı siyahıda Azərbaycanda təşkil edilən intellektual yarışlar verilib.